Kriminal Özəl

Sabunçuda oğul anasına xəsarət yetirdi

Sabunçuda oğul anasına xəsarət yetirdi

Bakının Sabunçu rayonunda ana və oğul arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 27-də baş verib. Ağdaş rayon sakini, 2007-ci il təvəllüdlü Fərid həmin gün saat 22 radələrində yaşadıqları evlərinin həyətində anası Nüşabə ilə mübahisə edib.

Fərid anasının yaşadıqları mənzilin həyətyanı sahəsinə qapının üzərindən pilləkən vasitəsi ilə keçməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əlləri ilə onun qolundan və əlindən tutaraq sıxıb. Qadına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Bu işə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində başlanmış cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova