Gündəm Özəl

İrandan gətirilən məhsullar bahalaşacaq? — AÇIQLAMA

İrandan gətirilən məhsullar bahalaşacaq? — AÇIQLAMA

“İranda gedən son proseslər ticarət əlaqələrinə təsir göstərən amillər sırasındadır. Ölkədə iqtisadi gərginliyin artması istehsal xərclərinin yüksəlməsinə səbəb olur”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Nəcəfzadə deyib.

O bildirib ki, bu isə ixraca yönələn məhsulların maya dəyərini artırır:

“İnflyasiyanın davamlı xarakter alması qiymətlərin sabitliyini pozur. Nəticədə İrandan ixrac edilən mallar əvvəlki qiymətlərlə bazara çıxarıla bilmir. Bu amil Azərbaycana gətirilən məhsullarda da hiss oluna bilər. Valyuta bazarındakı dalğalanmalar idxal-ixrac müqavilələrinə yenidən baxılmasını zəruri edir. Xüsusilə ödəniş və hesablaşma riskləri artır. Bu risklər də məhsulun satış qiymətinə əlavə olunur.

O deyib ki, syasi gərginlik nəqliyyat və logistika zəncirinə təsir göstərir:

“Daşınma müddətinin uzanması və xərclərin artması qaçılmaz olur. Bu vəziyyət xüsusən tez xarab olan ərzaq məhsullarında özünü daha tez büruzə verə bilər. Bununla belə, Azərbaycan bazarında rəqabət mühiti müəyyən balans yaradır. Alternativ təchizatçıların mövcudluğu qiymət artımının qarşısını qismən ala bilər. Ona görə də yaxın dövrdə kəskin bahalaşma yox, daha çox məhdud və selektiv qiymət artımı ehtimal olunur”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova