Gündəm Özəl

Ətin qiyməti ucuzlaşacaq?

Ətin qiyməti ucuzlaşacaq?

“Heyvan bazarlarının yenidən açılması və onların baytarlıq-sanitariya tələblərinə uyğunlaşdırılması ətin qiymətinə birbaşa və dolayı təsir göstərə bilər”.

Bunu Demokrat.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Talıb Sadıqov deyib.

O bildirib ki, bazarların fəaliyyəti bərpa olunduqda canlı heyvan ticarəti canlanır:

“Fermerlər heyvanlarını daha rahat sata bilir. Bu da bazarda təklifin artmasına səbəb olur. Təklif artdıqca qiymət üzərində təzyiq azalır. Baytarlıq nəzarətinin güclənməsi xəstə heyvan riskini azaldır. Sağlam heyvanların kəsimi artır. Bu isə ət bazarında sabitliyə müsbət təsir edir. Uzunmüddətli baxışda bu qərar ətin keyfiyyətini artırır, bazarı şəffaflaşdırır və süni qiymət artımlarının qarşısını alır. Nəticədə qiymətlər daha stabil və nəzarətli olur. Yəni heyvan bazarlarının açılması ümumilikdə ət bazarı üçün müsbət addım hesab edilə bilər”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova