Gündəm Özəl

Bu avtomobillərin qiyməti dəyişməyəcək — AÇIQLAMA

Bu avtomobillərin qiyməti dəyişməyəcək — AÇIQLAMA

"Azərbaycanda dizel və benzin mühərrikli avtomobillərin alqı-satqısı və istifadəsi əsasən ənənəvi yanacağa bağlıdır. Bu ənənəvi yanacaq konsepsiyası yüksək standartlar daxilində Azərbaycan alıcısı üçün sərfəlidir. Burada əsas məqam odur ki, Azərbaycan həm öz neft-qaz yataqları ilə, həm də qonşu ölkələrin karbohidrogen ehtiyatları ilə əhatə olunduğu üçün benzin və dizelin qiymətində böyük fərq yaranmır".

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

O, bildirib ki, hətta Azərbaycanın özündə neft hasil olunmasa belə, qonşu ölkələrdən, İrandan, Türkmənistandan və ya Qazaxıstandan yanacaq tədarükü mümkündür:

"Bu, əlavə xərc olmadan, rahatlıqla təmin edilə bilər. Bu baxımdan Azərbaycan qonşu ölkələrlə enerji sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Eyni zamanda qiymətlərin, gömrük rüsumlarının azaldılması və dövlət tərəfindən əlavə dəstəyin göstərilməsi Azərbaycan alıcısı üçün əhəmiyyətli üstünlük olar. Bu, həm bazarda rəqabəti artırar, həm də yanacaq istifadə edən avtomobillərin uzunmüddətli perspektivini möhkəmləndirər".

Ekspert bildirib ki, nəticə etibarilə, dizel və benzinlə işləyən avtomobillərin bazarda mövcudluğu, istifadəsi və uzunömürlülüyü Azərbaycan şəraitində əlverişli olaraq qalır və alıcılara maraqlı seçim imkanları təqdim edir.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova