ABŞ Prezidenti Donald Tramp və Venesuela müxalifətinin lideri Mariya Korina Maçado Vaşinqtonda görüşəcək.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb.
Görüşün cümə axşamı, yanvarın 15-də Ağ Evdə baş tutacağı bildirilir.
Xatırladaq ki, ötən il Nobel Sülh Mükafatı Venesuela müxalifətinin lideriMariya Korina Maçadoyatəqdim edilib. Tramp isə daha əvvəl verdiyi açıqlamalarda həll etdiyi hər bir münaqişəyə görə ayrı-ayrılıqda mükafat almalı olduğunu, lakin “acgöz görünməmək üçün” bunu tələb etmədiyini bildirmişdi.
Mükafatın son qalibi Maçado isə öz mükafatını Trampa verməyə hazır olduğunu bəyan etmişdi.


