Türkiyəli müğənni Yıldız Tilbe qatıldığı proqramda uşaq vaxtı gözəl olduğu üçün gözə gəldiyini açıqlayıb.
Axşam.az xəbər verir ki, sənətçi bu səbəbdən balaca olanda başına gələnləri danışıb:
"Məni görən hər kəs "necə də gözəl uşaqdır" deyirdi. Bir gün evimizə gələn qonaq "ay bu qıznə qədər gözəldir" dedi. Balaca idim, qazdaqaynayan bir çaydan su üstümə töküldü və yandım. 6 ay xəstəxanada qaldım. Hətta bacı-qardaşlarım ziyarətə gələndə məni tanımayıblar. Həkimlər "yaşamaz" deyiblər, amma yaşamışam. Qaynar çay üzərimə töküldükdən sonra sağ qulağım da eşitmir".
Müğənni bu hadisədən sonra göz dəyməyə daha çox inandığını deyib:
"Buna görə göz dəyməyə çox inanıram. Üzərimdə həmişə çörəkotu gəzdirirəm. Deyirlər ki, çörəkotu gəzdirənə göz dəyməz".


