"Hökumətin açıqladığı rəsmi rəqəmlərə görə, inflyasiya 5,7% səviyyəsindədir, pensiyaların artımı isə 9–9,3% aralığında nəzərdə tutulub. Bu göstəricilərdən çıxan nəticəyə görə, artım inflyasiyanı üstələyir və beləliklə, pensiya alan vətəndaşların alıcılıq qabiliyyəti qorunmuş olur".
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
O, bildirib ki, prezident də mətbuata müsahibəsində bu məsələyə toxunub:
"Prezident də bildirdi ki, könül istərdi, artım daha çox olsun. Amma "ayağımızı yorğanımıza görə uzatmalıyıq”. Bu o deməkdir ki, insanların gözləntiləri bəzən daha yüksək olsa da, mövcud imkanlar çərçivəsində addımlar atılır. Dövlət imkanlar daxilində vətəndaşların sosial vəziyyətini qorumağa çalışır, artım real olaraq inflyasiyanı üstələyir və iqtisadi sabitliyi təmin etməyə xidmət edir".
Əfsanə Kamal Demokrat.az


