Gündəm Özəl

Siqaret qiymətlərinin bahalaşması alıcı davranışına ciddi təsir göstərəcək?

Siqaret qiymətlərinin bahalaşması alıcı davranışına ciddi təsir göstərəcək?

"Kəskin qiymət artımı gözlənilsə də, burada əsas təsir aksiz vericilərinin qərarları ilə bağlıdır. Siqaret məhsulları alıcılar üçün artıq vərdiş halını alıb və buna görə müəyyən dərəcədə qiymət dəyişiklikləri onların davranışını ciddi şəkildə dəyişdirməyəcək".

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

O, bildirib ki, hökumət aksizləri artırmaqla iki məqsəd güdür:

"Məqsəd bir tərəfdən büdcə gəlirlərini artırmaq, digər tərəfdən isə siqaret çəkənlərdən əlavə ödəniş toplamaqdır. Yəni, qiymət artımı sadəcə alıcıları yönləndirmək və dövlətin gəlirlərini təmin etmək üçün tətbiq olunur".

Ekspert bildirib ki, 15–20% civarında qiymət artımı siqaret çəkənlərin vərdişlərini dəyişdirməyə kifayət etməyəcək:

"İnsanlar siqareti artıq alış vərdişi kimi qəbul etdiklərindən, kiçik və ya orta səviyyədəki qiymət artımları onların davranışına ciddi təsir göstərmir. Bununla belə, aksiz artımı gəlir gətirən və büdcə balansını qoruyan bir mexanizm kimi rolunu saxlayacaq".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova