İranın Ərdəbil şəhərində mərhum prezident İbrahim Rəisinin xatirəsini əbədiləşdirən heykəlin yıxılmasınayerli bələdiyyə münasibət bildirib.
Demokrat.az xəbər verir ki, əlverişsiz hava şəraiti başa çatdıqdan sonra heykəlin ilkin yerində yenidən quraşdırılacağı açıqlanıb.
Ərdəbil Bələdiyyəsindənbildirilibki, zədələnmənin qarşısını almaq üçün mərhum İbrahim Rəisinin abidəsi müvəqqəti olaraqemalatxanaya köçürülüb.
Xatırladaq ki, İbrahim Rəsi 2024-cü il mayın 19-da helikopter qəzasında həlak olub. Ərdəbildə onun xatirəsinə qoyulmuş heykəl güclü küləyin təsiri ilə aşıb.


