Yutub alqoritminin yeni istifadəçilərə tövsiyə etdiyi videoların təxminən20 faizibaxış sayını süni şəkildə artırmaq məqsədi daşıyan,aşağı keyfiyyətli süni intellekt (AI) məzmunudur.
Axşam.az xəbər verir ki, bu barədə "Kapwing" şirkətininaraşdırmasında qeyd olunub.
Araşdırma çərçivəsində dünyanın müxtəlif ölkələrindən15 min məşhur yutubkanalıtəhlil edilib. Məlum olub ki, onlardan278 kanal tamamiləbu cür AI tərəfindən yaradılmış məzmundan ibarətdir. Bu kanallar ümumilikdə63 milyarddan çox baxış,221 milyon abunəçitoplayıb və illik təxminən117 milyon dollar gəlirəldə edir.
Yeni açılmış bir yutubhesabı ilə aparılan eksperiment də problemin miqyasını təsdiqləyib. Tövsiyə olunan ilk500 videodan 104-üsüni intellektlə yaradılıb. Ümumilikdə isə lentdəki məzmununtəxminən üçdə biriyalnız diqqəti cəlb edib monetizasiya etmək üçün hazırlanmış aşağı keyfiyyətli videolardan ibarət olub.
Bu fenomenqlobal xarakterdaşıyır. Məsələn, İspaniyada bu tip kanallaratəxminən 20 milyon nəfər(ölkə əhalisinin demək olar ki, yarısı) abunədir. Sonrakı yerlərdə Misir (18 milyon), ABŞ (14,5 milyon) və Braziliya (13,5 milyon) qərarlaşıb.
Ən diqqətçəkən nümunələrdən biri Hindistana aid "Bandar Apna Dost" kanalıdır. Burada meymunun absurd macəraları nümayiş etdirilir və kanal2,4 milyard baxıştoplayıb. Digər nümunə isə Pakistana məxsus "The AIl World" kanalıdır (1,3 milyard baxış), burada rahatladıcı musiqi altında süni intellektlə hazırlanmış daşqın videoları paylaşılır.


