Bakıda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə atəşfəşanlıq təşkil olunacaq.
Demokrat.az "Report"a istinadən xəbər verir ki, atəşfəşanlıq sabah Dənizkənarı Milli Parkda baş tutacaq.
Şəhər sakinləri və qonaqlar atəşfəşanlığı dekabr 31-i saat 00:00-da sözügedən ərazidən seyr edə bilərlər.


