Dünya

Papa XIV Leo Ukraynaya 100 min porsiya şorba göndərib

Papa XIV Leo Ukraynaya 100 min porsiya şorba göndərib

Roma Papası XIV Leo Ukraynanın regionlarına üç yük maşını humanitar yardım göndərib.

Oxu.Azbildirir ki, bu barədə məlumatı Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti yayıb.

Qeyd edilir ki, yardımın tərkibinə 100 min porsiya dehidratlaşdırılmış şorba daxildir.

"Bir qədər su əlavə edildikdə toyuq və tərəvəzlə zəngin, qidalı şorbalara çevrilən yüz min paket", - deyə məlumatda vurğulanır.

Ərzaq yardımı ən çox atəşə məruz qalan cəbhəyanı bölgələrdə paylanacaq.

NE
Nihadə Eyyubova