Göygöl rayonunda Həşim ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı gəlini Nigara (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 10 fevral 2025-ci ildə rayonunun kəndlərindən birində baş verib. Həşim yaşadıqları evdə gəlini Nigarın otağın qapısını açıq qoyması səbəbindən irad bildirib.
Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı gəlini nalayiq ifadələrlərlə söyərək təhqir edib. Otaqda olan baltanı götürüb və həmin baltanın sapı ilə gəlinin baş nahiyyəsindən bir dəfə vurub.
Hadisəni törədən Həşimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Həşim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, zərərçəkmiş Nigar onun oğlu Rövşənin arvadıdır: “Onlar 2019-cu ildə ailə həyatı qurduşlar, birgə nikahlarından iki azyaşlı övladları var. Fevralın 10-da, təxminən saat 20 radələrində yaşadığım fərdi yaşayış evində çöldən evə girən zaman, evin istiliyi üçün quraşdırılmış qaz sobası olan otağın qapısının açıq olmasını gördüm. Bundan sonra qapının açıq olmasını və evin soymasına əsəbləşərək gəlinimə qapını niyə açıq qoymasını bildirdim. Bu səbəbdən onun ünvanına nalayiq ifadələr işlətdim. Bu zaman gəlinim də cavab olaraq mənim ünvanına söyüş söydü, məni təhqir etdi. Həmin vaxt əsəbləşərək Nigarın üstünə getdim ki, onu şillə ilə vurum. Bu zaman arvadım Südabə gələrək bizim aramıza girdi və Nigarı kənarlaşdıran zaman yerə yıxıldı. Həmin vaxt otaqda divara söykənmiş baltanı əlinə götürdüm və baltanın sapı ilə Nigarın baş nahiyyəsinə bir dəfə vurdum. Daha sonra evdən çıxaraq çayxanaya getdim”. Göygöl Rayon Məhkəməsinin hökmü ilə Həşim aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli Demokrat.az


