Sosial

Dəmir yoluna qəfil çıxan heyvan qatarı bu hala saldı — FOTO

Dəmir yoluna qəfil çıxan heyvan qatarı bu hala saldı — FOTO

Bu il qatarın qarşısına 54 dəfə qəfil heyvan çıxması hadisəsi baş verib.

Demokrat.azxəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

“Nəzarətsiz buraxılmış mal-qaranın dəmir yoluna çıxması ilə qatara ciddi zərər dəyir və heyvan tələf olur. Bu cür halların baş verməməsi və cərimələnməmək üçün heyvanlara istisnasız nəzarət edilməlidir. Milli sərvətimiz olan dəmir yollarını qorumaq hamımızın öhdəliyidir”, - məlumatda bildirilib.

ADY həmçinin qarşısına heyvan çıxması nəticəsində zərər görən qatarın fotosunu da paylaşıb.

Dəmir yoluna qəfil çıxan heyvan qatarı bu hala saldı — FOTO

NE
Nihadə Eyyubova