“Quru sərhədlərin açılması məsələsi birbaşa Azərbaycanın təhlükəsizlik motivasiyaları ilə bağlıdır”.
Bu fikriləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O bildirib ki, ona görə də bu prosesin hansı mərhələdə baş verməsi bir sıra beynəlxalq və regional geosiyasi faktorlarla sıx əlaqəlidir:
“Ukrayna-Rusiya müharibəsi, İsrail və Yaxın Şərqdəki gərginliklər fonunda bu kimi məsələlər hələ də gündəmdə aktuallığını qoruyur. Bu səbəbdən, sərhədlərin tam şəkildə açılması yalnız regionda və qlobal miqyasda sabitlik və qarşılıqlı etimadın formalaşması ilə mümkün olacaq. Təhlükəsizlik təmin olunmadan bu kimi addımlar atmaq riskli sayıla bilər”.
Leyla Turan Demokrat.az


