Gündəm Özəl

Uşaqlar arasında yeni virus yayılıb — Həkim

Uşaqlar arasında yeni virus yayılıb — Həkim

“Hazırda uşaqlar arasında yoluxucu xəstəliklərin artması mövsümi faktorlar və kollektiv mühitlə birbaşa əlaqəlidir. Xüsusilə bağça və məktəblərdə sıx təmas virusların sürətlə yayılmasına şərait yaradır”.

Bunu neonatoloq, pediatr Arzu Şıxhəmzəyeva Demokrat.az-a açıqlamasında deyib.

O bildirib ki, əksər hallarda rast gəlinən əlamətlər yüksək hərarət, halsızlıq, boğaz ağrısı, öskürək və burun axıntısıdır:

“Bəzi uşaqlarda mədə-bağırsaq pozuntuları da müşahidə oluna bilər. Valideynlər bilməlidir ki, bu cür hallarda özbaşına antibiotik istifadəsi yolverilməzdir. Antibiotiklər yalnız bakterial infeksiyalar zamanı həkim göstərişi ilə təyin olunmalıdır. Xəstəliyin ilk günlərində uşağın ev şəraitində istirahəti və maye qəbulu çox önəmlidir. Qızdırma 38 dərəcədən yuxarı qalxarsa və ya 2–3 gündən çox davam edərsə, mütləq həkimə müraciət edilməlidir. Tənəffüs çətinliyi, səpgilər və ya davamlı qusma ciddi əlamətlər hesab olunur. Profilaktika məqsədilə şəxsi gigiyena qaydalarına riayət vacibdir.

Uşaqların immun sisteminin gücləndirilməsi üçün düzgün qidalanma ön planda olmalıdır. Vaxtında həkimə müraciət ağırlaşmaların qarşısını almaqda əsas rol oynayır. Dövlət qurumları vəziyyəti nəzarətdə saxlayır və panikaya əsas yoxdur”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova