Kriminal

Beyləqanda 68 yaşlı qadının qətli açılıb, şübhəli saxlanılıb

Beyləqanda 68 yaşlı qadının qətli açılıb, şübhəli saxlanılıb

Noyabrın 27-də gecə saatlarında Beyləqan rayonu Bolsulu kəndində 68 yaşlı qadınınqətlə yetirilməsifaktı üzrə şübhəli şəxs müəyyən olunub.

APAxəbər verir ki, kənd sakini Nazilə Mustafayevanı yaşadığı evdə boğaraq qətlə yetirməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Şəmistan Həsənzadə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə, hadisə tamah məqsədilə törədilib.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova