Dünya

Qazaxıstanda sərnişin təyyarəsi binaya çırpıldı: Çox sayda ölən var (VİDEO)

Qazaxıstanda sərnişin təyyarəsi binaya çırpıldı: Çox sayda ölən var (VİDEO)

Qazaxıstanın “Bek Air” şirkətinə məxsus “Fokker 100” təyyarəsi Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb.

TASS xəbər verir ki, Almatı – Nur-Sultan reysi ilə uçan təyyarənin göyərtəsində 95 sərnişin və 5 heyət üzvü olub.

Təyyarədə havada hündürlük yığdığı zamanı nasazlığın baş verdiyi bildirilir. Yerə düşən hava gəmisi beton arakəsməyə və ikimərtəbəli tikiliyə çırpılıb.

Qəza yerində dərhal xilasetmə işləri başlayıb: sərnişinlər və heyət üzvləri təxliyə olunub, yanğının qarşısı alınıb.

İlkin məlumata görə, qəza nəticəsində azı yeddi nəfər ölüb.

Demokrat.az

D
demokrat.az