Bakının Qaradağ rayonunda yerləşən iti ticarət mərkəzlərindən birində dava olub.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə “Binə” ticarət mərkəzində baş verib. Hacıqabul rayon sakini, 1963-cü il təvəllüdlü İsmayıl ticarət mərkəzinin qarşısındakı işlək vəziyyətdə olmayan obyektlərin arasındakı keçiddə olan zaman tanışı Elxan (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında yaranmış sözlü mübahisə zamanı yumruq zərbəsi ilə arvadının üz nahiyəsinə qəsdən yumruq zərbəsi vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən İsmayılın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması nəzərə alınıb. Bu səbəbdən Həmidin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


