17 dekabr 2025-ci il tarixində Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) təşkilatçılığı və Yelo Bank-ın dəstəyi ilə “Yeni Nəsil Maliyyə Forumu: İnnovasiya, Texnologiya və İnklüzivlik” adlı tədbir keçirilib. Forumun məqsədi maliyyə sektorunda innovasiyaların, texnologiyanın və inklüzivliyin rolunu müzakirə etmək, yeni tendensiyalar və gələcək imkanlar barədə fikir mübadiləsi aparmaq idi. Tədbir maliyyə sahəsinin liderlərini və beynəlxalq ekspertləri bir araya gətirərək, sürətlə dəyişən maliyyə ekosistemində perspektivləri işıqlandırdı. Forumda tanınmış spikerlər çıxış etdilər:
- İnna Ojogina, Amazon Web Services-in Mərkəzi Asiya, Qafqaz və Monqolustan üzrə ölkə meneceri;
- Lakş Qanqvani, ViewTrade Holding Corporation-un Qlobal İnkişaf və Müştəri Əlaqələri üzrə İdarəedici Direktoru;
- Edqar Abdullayev, United Payment Azerbaijan-ın Baş icraçı direktoru və AzFINA İdarə Heyətinin sədri.
Təcili kredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və yaFacebook,Instagram,Whatsappvəyelo.azhesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!











