Gündəm Özəl

22 yaşlı qadın həyatını itirdi: Əməliyyat öncəsi nə üçün müayinə aparılmır?

22 yaşlı qadın həyatını itirdi: Əməliyyat öncəsi nə üçün müayinə aparılmır?

"Qadının ölüm səbəbi hələ məlum deyil. İlkin klinik diaqnoz mövcud ola bilər, lakin son nəticə ekspertiza ilə müəyyən ediləcək.

Əməliyyat öncəsi müayinələr və onların dəyərləndirilməsi vacibdir. Nəticələrə baxmadan müayinə aparmaq məqsədəuyğun deyil".

Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış həkim Rəşad Sultan deyib.

Həkim bildirib ki, müayinə və analizlər, o cümlədən kompüter tomoqrafiyası, MRT, ultrasəs və laborator analizlər əməliyyatın taktikasını müəyyən edir:

"Nəticəyə əsasən əməliyyat təyin edilir, ləğv olunur və ya əlavə müayinə yazılır. Hər bir müayinə və analiz tibbi praktikada məqsədə xidmət edir. Nəticələrə baxmayan həkim qeyri-peşəkar sayılır, çünki bu, səhv müayinə və yanlış yorumlamaya gətirib çıxarır. Tibb elmi və praktikasında nəticələri qiymətləndirməmək qəbuledilməzdir".

O deyib ki, əməliyyat öncəsi verilən analizlər rutindir və hər əməliyyat üçün müəyyən ümumi paket mövcuddur:

"Xəstənin vəziyyətinə uyğun əlavə analizlər də təyin olunur. Bu analizlərin nəticələri əməliyyat zamanı taktikanı müəyyən edir. Elektrokardiogram, qan laxtalanma analizi, hemoglobin səviyyəsi və trombosit sayı kimi göstəricilər əməliyyatın təhlükəsizliyi üçün vacibdir. Analizlərin düzgün şərh olunması həyati əhəmiyyət daşıyır.

Təəssüf ki, bəzi hallarda cərrahlar və həkimlər bu analizlərin məqsədini və nəticələrin necə qiymətləndirilməli olduğunu bilmirlər.

Əməliyyat öncəsi xəstənin dəyərləndirilməsi diqqətlə aparılmalıdır. Bizdə əməliyyat öncəsi müayinə sistemi bərbad vəziyyətdədir".

Qeyd edək ki, Kürdəmirdə 22 yaşlı qadın həyatını dəyişib. Həkim ölüm səbəbinin qan azlığının olduğunu bildirib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova