"İndiyə qədər bizim ölkədən kənarda ictimai istifadədə olan şəhərdaxili avtobuslarda sərnişin sayına görə konkret limit tətbiq edildiyi bir təcrübə ilə rastlaşmamışam və bu yanaşmanın tərəfdarı da deyiləm".
Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
O, bildirib ki, Bakıda və digər şəhərlərdə ictimai nəqliyyatda çalışan avtobuslara sərnişin sayına görə limit qoyulması praktik və real görünmür:
"Çünki mövcud sistemdə avtobusun doluluğuna görə avtomatik bloklanma və ya hərəkətin dayandırılması kimi texniki imkanlar yoxdur. Bu cür məhdudiyyətlər əsasən ekspres, şəhərlərarası avtobuslarda və marşrut taksilərdə tətbiq oluna bilər və mənim bildiyimə görə, artıq müəyyən dərəcədə tətbiq də olunur".
Əfsanə Kamal Demokrat.az


