Gündəm

Bəylər Eyyubovun general qardaşı oğlu işdən çıxarıldı

Bəylər Eyyubovun general qardaşı oğlu işdən çıxarıldı

Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib.

Demokrat.az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlıDövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, H.Eyyubov təqaüdə göndərilib.

Qeyd edək ki, Həsən EyyubovPrezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.

NE
Nihadə Eyyubova