Şair Vüqar Əhməd saxlanılması barədə yayılan xəbərlərə münasibət bildirib.
Bu barədəLent.az-a danışan şair yayılan məlumatlarındoğru olmadığını deyib:
"Yalan məlumatdır. Hazırda evimdə oturub çay içirəm".
xxx
Tanınmış şair Vüqar Əhməd sərbəst buraxılıb.
Bu barədəLent.az-a AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat katibi Gülnar Səma məlumat verib.
O, Vüqar Əhmədin hansı qurum tərəfindən saxlanıldığını bilmədiyini deyib.
Qeyd edək ki, Vüqar Əhmədin bu gün gündüz saatlarından saxlanılması ilə bağlı xəbər yayılmışdı.
Onun niyə və hansı qurum tərəfindən saxlanıldığı məlum deyil.
xxxTanınmış nəğməkar şair Vüqar Əhməd saxlanılıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, o səhər saatlarında işə gedərkən saxlanılıb.
Vüqar Əhmədin niyə və hansı qurum tərəfindən saxlanıldığı məlum deyil. Onun şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır.
V.Əhmədin saxlanılması ilə bağlı xəbəriManset.az-a çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib.
"Vüqar müəllim səhər saatlarında işə gələrkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq".


