V çağırış Milli Məclisin deputatı Cavanşir Feyziyev 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Demokrat.az-ın xəbərinə görə, C.Feyziyev namizədliyini 115 saylı Şəki kənd ikinci seçki dairəsindən irəli sürüb.
Onun namizədliyinin irəli sürülməsi təsdiqlənib, imzatoplama kampaniyasına başlayıb.
Qeyd: C.Feyziyev əvvəllər “Avromed” MMC-nin rəhbəri olub. Şirkət Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikalarını əczaçılıq məhsulları ilə təmin edir. (pravda.az)


