Siyasət

Vüqar Qurbanov direktor müavinini işdən çıxardı — YENİ TƏYİNAT

Vüqar Qurbanov direktor müavinini işdən çıxardı — YENİ TƏYİNAT

Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin direktor müavini Mehman Qasımov vəzifəsindən azad edilib.

Qaynarinfo-nun məlumatına görə, TƏBİB sədri İdarə Heyətinin sədri Vüqar Qurbanovun müvafiq əmri ilə Mərkəzin maliyyə məsələləri üzrə direktor müvini Mehman Qasımov son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Digər əmrlə Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin maliyyə məsələləri üzrə direktor müavini vəzifəsinə Fərman Məmmədov təyin olunub.

Qeyd edək ki, Fərman Məmmədov bundan əvvəl "Azərişıq" ASC-də çalışıb.

Vüqar Qurbanov direktor müavinini işdən çıxardı — YENİ TƏYİNAT
Mehman Qasımov

NE
Nihadə Eyyubova