Gündəm

Qəzada atası və övladını itirən xanəndənin təcili tibbi yardım maşınında görüntüsü yayıldı — VİDEO

Qəzada atası və övladını itirən xanəndənin təcili tibbi yardım maşınında görüntüsü yayıldı — VİDEO

Zərdab rayonunda baş verən ağır yol qəzası faciə ilə nəticələnib. Kəndəbil kəndi ərazisində hərəkətdə olan "Toyota Prius" markalı avtomobil sürücünün idarəetməni itirməsi səbəbindən aşıb və yolkənarı ağaca çırpılıb.

BAKU.WS-in məlumatına görə, qəzanı törədən Məftun Məmmədovun təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldığı görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata əsasən, hadisə zamanı avtomobildə olan xanəndənin atası və 2 yaşlı övladı həlak olub.

Xatırladaq ki, Məftun Məmmədov vaxtilə "Muğam müsabiqəsi"nin iştirakçılarından biri olub və yarışmada üçüncü yeri qazanıb.

NE
Nihadə Eyyubova