Ötən gündən etibarən aramsız yağan yağışlar Bakının müxtəlif ərazilərində fəsadlar törədib.
Demokrat.az“Qafqazinfo”ya istinadənxəbər verir ki, yağış səbəbindən paytaxtın bəzi yerlərində subasmalar olub.
Ən acınacaqlı vəziyyətlərdən biri metronun “İnşaatçılar” stansiyasının ətrafında - Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
Belə ki, eniş-yoxuşlu ərazidən axan yağış suları küçənin hərəkət hissəsinə və səkilərə dolub həmçinin pilləkənlərdə hərəkəti çətinləşdirib.
Həmin görüntüləri təqdim edirik:


