Gündəm Özəl

Banklar işsiz şəxslərin kartından kredit tuta bilərmi? — AÇIQLAMA

Banklar işsiz şəxslərin kartından kredit tuta bilərmi? — AÇIQLAMA

"Adətən işsiz şəxslər sosial müavinət alırlar və bu məbləğdən kredit ödənişi tutulmur. Kreditin tutulması yalnız məhkəmə qərarına əsasən həyata keçirilir. Əgər şəxsin gəlirləri, əlavə kartları və digər hesablarına mədaxil olarsa, məhkəmə qətnaməsinə uyğun olaraq həmin hesabdan vəsait kreditin ödənilməsinə yönləndirilə bilər".

Bunu Demokrat.az-a açıqlamasında bank eksperti Emin Kərim deyib.

O, bildirib ki, banklar özbaşına heç kimin hesabından kredit silə bilməzlər:

"Bu hüquq yalnız məhkəmə yolu ilə, icraçıların nəzarəti altında həyata keçirilə bilər. Kreditin ödənilməsində tutmalar yalnız məhkəmə qətnaməsi və hüquqi əsas olduqda qanuni sayılır".

Ekspert bildirib ki, əlavə olaraq, banklar gecikən kreditlər üzrə ehtiyat ayırmaq məcburiyyətindədirlər, buna görə də kreditin ödənilməsini təmin etmək üçün müvafiq prosedurlar həyata keçirilir:

"Hər bir mədaxil, cari hesab, pensiya və ya sosial müavinət hesabı məhkəmə qərarı əsasında kreditin ödənilməsinə yönləndirilə bilər. Ümumiyyətlə, kreditlər əsasən maaş kartına bağlı olur. Digər hesablar və kartlardan silinmə yalnız məhkəmə qətnaməsi əsasında mümkündür".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova