Sosial

Məcnun Məmmədov idarə rəisini işdən çıxardı —Direktor əvəzi təyin etdi

Məcnun Məmmədov idarə rəisini işdən çıxardı —Direktor əvəzi təyin etdi

Kənd Təsərrüfatı Nazirliyinin "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin Abşeron Regional İdarəsinin rəisi işdən çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə Abdullayev Mühasir İmam oğlu vəzifəsindən azad olunaraq, "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin direktor əvəzi təyin edilib.

Qeyd edək ki, ötən ay Abbasov Fəda Əli oğlu "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin direktoru vəzifəsindən azad olunmuşdu.

NE
Nihadə Eyyubova