Xəbər verdiyimiz kimi, Qaradağ rayonu, Lökbatan qəsəbəsi "Qobu Park-1" yaşayış massivində baş verən yanğında dörd nəfər həlak olub.
Demokrat.az“Oxu.az”a istinadən həyatını itirən ana və iki övladının fotolarını təqdim edir.
Qeyd edək ki, bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verib.
Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib, 4 nəfər isə müxtəlif xəsarətlər alıb.





