"Dövlət dəstəyi ilə alınan hər hansı əmlakın ciddi risk daşımadığı vurğulanır, çünki daşınmaz əmlakın qiyməti ilbəil artır".
Bunu Demokrat.az-a açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.

Onun sözlərinə görə, xüsusilə ipoteka sisteminin tətbiq olunduğu dövrlərdə əmlak alanlar uzun müddət ərzində bazarda ciddi mənfəət görmüşlər:
"Məsələn, 15–17 il əvvəl ipoteka ilə ev alan şəxslər həmin dövrdə bazarda kvadratmetr qiymətləri 200 dollar olan mənzilləri almış və bu gün həmin qiymətlər 2200 dollara qədər yüksəlmişdir. Bu, bazarda 700–800% bahalaşma deməkdir ki, əmlakın alınmasında riskin olmadığını göstərir".
Ekspert bildirib ki, daşınmaz əmlakın qiymət artımı alıcı və sahibkar üçün əlavə üstünlük yaradır:
"Son 4–5 il ərzində qiymətlər orta hesabla 60–65% artıb ki, bu da əmlakın dəyərini qoruması və sahibinə mənfəət gətirməsi baxımından əlverişli vəziyyət yaradır. Bu tendensiya göstərir ki, dövlət dəstəyi ilə ipoteka və digər mexanizmlər vasitəsilə alınan əmlak həm sabit, həm də gəlirli investisiya hesab olunur".
Əfsanə Kamal Demokrat.az


