Bakının Nizami rayonunda iki qardaş arasında yaşanan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin sentyabrın 7-də baş verib. 1991-ci il təvəllüdlü Mübariz həmin gün, səhər saat 05:30-da yaşadıqları mənzildə qardaşı Vüqarın (adlar şərtidir – red.) yatmış vəziyyətdə olan analarını oyatmaq istəməsinə iradını bildirib.
Bu zaman Vüqarın onun üstünə qışqırması səbəbindən aralarında mübahisə baş verib. Mübahisə zamanı bir dəfə yumruqla qəsdən qardaşının baş nahiyəsindən vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Mübarizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Bu işə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkən qardaşına qarşı şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilib.
Fariz Məlikli Demokrat.az


