Gündəm Özəl

"Rəqsanə İsmayılovanın konsert verməsi..." — AÇIQLAMA

Rəqsanə İsmayılovanın konsert verməsi... — AÇIQLAMA

“Ev dustaqlığı o demək deyil ki, şəxs tam sərbəstdir. Bu tədbir altında olan adam evdən özbaşına çıxa bilməz və harasa getməsi yalnız icazə ilə mümkündür”.

Bunu hüquqşünas Aysel Süleymanova Demokrat.az-a açıqlamasında qeyd edib.

O əlavə edib ki, ictimai tədbir, səhnə çıxışı və ya konsert kimi fəaliyyətlər də məhkəmə və ya istintaq tərəfindən ayrıca təsdiq olunmalıdır:

“Əgər Rəqsanə İsmayılovanın konsertə çıxması planlaşdırılırsa, demək ki, ya icazə verilib, ya da onun çıxışı üçün xüsusi şərtlər müəyyən olunub. İcazə olmadan belə addım atmaq ev dustaqlığının qaydalarının pozulması deməkdir. Bu, yenidən həbsə qədər gedib çata bilən məsuliyyət yaradır. Ona görə də, həbsdən sonra ilk konsertin keçirilməsi hüquqi baxımdan yalnız əvvəlcədən razılaşdırılmış qərar əsasında mümkündür. Ev dustaqlığı altında fəaliyyət məhduddur və bu konsert də sərbəstlik deyil yalnız verilən icazə dairəsi daxilində atılan addımdır”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova