“Bakıda keçirilən TDT tədbiri Azərbaycanın xarici siyasətində strateji mərhələnin göstəricisidir. Bu tədbir ölkənin türk dünyasında nüfuzunu və liderlik rolunu gücləndirir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.
O deyib ki, Azərbaycan regional əməkdaşlıqda sadəcə iştirakçı deyil, aktiv istiqamətverici kimi çıxış edir:
“Təşkilat çərçivəsində iqtisadi və ticarət əlaqələrinin genişlənməsi gözlənilir.Xüsusilə enerji, nəqliyyat və logistika sahəsində yeni layihələr üçün zəmin yaranır. TDT platforması Azərbaycanın coğrafi üstünlüklərindən daha effektiv istifadə etməsinə imkan verir. Bu birlik vasitəsilə Azərbaycan regional təhlükəsizlik gündəmində daha güclü səs qazanır. Türk dövlətləri ilə koordinasiya beynəlxalq arenada mövqeləri möhkəmləndirə bilər.Mədəni və dil birliyi Azərbaycanın yumşaq güc potensialını artırır. TDT-də sədrliyin Azərbaycana keçməsi siyasi etimadın göstəricisidir. Bu etimad həm də gələcək diplomatik əməkdaşlıqlar üçün motivasiya yaradır. Tədbir ölkənin Qərb-Şərq geopolitik körpü rolunu daha da aktuallaşdırır.Eyni zamanda bu proses böyük güclər arasında balans tələb edir. Əgər inteqrasiya real layihələrlə davam edərsə, Azərbaycan regionda əsas qərarverici mərkəzə çevrilə bilər”.
Leyla Turan Demokrat.az


