Gündəm

"Bu uşaq özünə nəsə etsə, yaxanız əlimdədir!” — Həmin uşaqlarla bağlı məsələ qaldırıldı

Bu uşaq özünə nəsə etsə, yaxanız əlimdədir!” — Həmin uşaqlarla bağlı məsələ qaldırıldı

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə gecə saatlarında sosial şəbəkədə fərdi təhsilə yönləndirilməsi gecikən 3 şagirdlə bağlı məsələ qaldırıb.

Demokrat.azMilli.Az-a istinadən xəbər verir ki, o, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Ağazadə Məktəbəqdər və Ümumtəhsil üzrə Dövlət Agentliyini məsuliyyətsizlikdə ittiham edib.

Ağazadə paylaşımında bildirib ki, 14 noyabrda 3 sakin barədə status yazıb. 17 noyabrda onlara "həftənin birinci günündən fərdi təhsilə gedəcəklər" deyilsə də, sonrakı günlərdə qərar uzadılıb:

"Hər gün paltarını axşamdan hazırlayıb bizdən cavab gözləyirdi. Cavab isə "hələ gözləyək" idi. 16 yaşlı, 3-cü sinfə fərdi təhsilə gedəcək qızımız artıq getməyəcək! Depressiv vəziyyətdədir, paltarlarını kəsib-doğrayıb. Bu uşaq özünə nəsə etsə, yaxanız əlimdədir!"

Səhər saatlarında isə məsələ ilə bağlı ona rəsmi geri dönüş edilib.

Kəmalə Ağazadə yeni açıqlamasında bildirib:

"İş saatı başlayan kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Bəşarət müəllim zəng edərək məlumat verdi ki, müraciətimiz üzrə artıq qərar verilib. 314 saylı məktəbin direktoru Səfa müəllimə tapşırıq göndərilib. 3 uşaq 1 dekabr 2025-ci ildən müvafiq cədvələ uyğun olaraq fərdi təhsilə gedəcək".

NE
Nihadə Eyyubova