Gündəm Özəl

"Zəngəzur dəhlizinin əhəmiyyəti təkcə iki-üç ölkə üçün vacib deyil" — ŞƏRH

Zəngəzur dəhlizinin əhəmiyyəti təkcə iki-üç ölkə üçün vacib deyil — ŞƏRH

"Zəngəzur dəhlizinin əhəmiyyəti təkcə iki-üç ölkə üçün vacib deyil. Bu, Avropa ilə Asiya arasında şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizlərinin ayrılmaz bir seqmentinə çevriləcək. 42 km-lik Ermənistan ərazisindən keçən hissəsi barədə isə rəsmi idarəçilik hələ də qəribə və anlaşılmaz mövqedədir".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

"Ermənistan söz versə də, görüşlərdə yalnız ritorika ilə kifayətlənir. Bu dəhlizin əhəmiyyəti böyükdür və vaxt keçdikcə artacaq, çünki uzaq Şərq ilə Avropa arasında bu marşrut ən əlverişli daşımalar üçün vacibdir. Hətta Gürcüstanın ərazisindən keçməsə də, onlar da bu dəhlizə maraq göstərir. Yeni keçidlər, marşrut xətləri və dəhlizlər dünya iqtisadiyyatında açar məsələlərdir və istifadəyə verilməsi insanlara, ölkələrə və biznes qruplarına yeni imkanlar yaradır. Bu baxımdan Ermənistan başa düşməlidir ki, bu marşrut ona da vacib olacaq".

O bildirib ki, Prezidentin açıqlaması deyir ki, Ermənistan transit ölkəyə çevrilmək üçün böyük şansa malikdir və 2028-ci ilə qədər dəhlizin açılması planlaşdırılır:

"Bu, bölgədə yeni geoiqtisadi konjunkturanın yaranmasına xidmət edəcək. Dəhlizin istismarı həm strateji resursları artırır, həm də təhlükəsizlik zəminini gücləndirir. Bu prosesdə onlarla ölkə maraqlıdır – Çin, Hindistan və bütün Avropa ölkələri. Daşımalar və iqtisadi fəaliyyətlərdə bu marşrut ölkələr üçün əhəmiyyətlidir və prosesi getdikcə daha vacib edəcək".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova