Gündəm Özəl

"Avtobus zolaqları elə qaydalar və texniki prosedurlarla tətbiq edilməlidir ki..."— AÇIQLAMA

Avtobus zolaqları elə qaydalar və texniki prosedurlarla tətbiq edilməlidir ki...— AÇIQLAMA

"Avtobus zolaqlarının çəkilməsi, əslində, yaxşı təşəbbüsdür və bu zolaqların müəyyən qaydada idarə olunması müsbət addımdır. Amma məsələ ondadır ki, avtobus zolaqları elə qaydalar və texniki prosedurlarla tətbiq edilməlidir ki, digər hərəkət iştirakçılarına maneə yaratmasın".

Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

O deyib ki, “Yol hərəkəti haqqında” qanunda da göstərilir ki, yol hərəkəti elə təşkil olunmalıdır ki, heç bir iştirakçıya maneə yaranmasın:

"Yəni avtobus zolaqları çəkilərkən digər sürücülərin də nəqliyyat vasitəsini rahat idarə etməsi təmin edilməlidir. Bu işi təşkil edən və prosedurları müəyyənləşdirən qurumlar məsələni xüsusi diqqətlə nəzərdən keçirməlidir. Məqsəd odur ki, zolaqlar hər kəs üçün əlçatan olsun və gediş-gəliş problemsiz təmin edilsin".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova