Dünya

Rusiyada OMON məscidə hücum etdi: 37 nəfər SAXLANILDI — ANBAAN VİDEO

Rusiyada OMON məscidə hücum etdi: 37 nəfər SAXLANILDI — ANBAAN VİDEO

Moskva vilayətinin Elektrostal şəhərində yerləşən məsciddə OMON və Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları birgə reyd keçiriblər.

Bizim.MediaRusiya KİV-ə istinadən xəbər verir ki, reyd zamanı ümumilikdə 575 nəfər yoxlanılıb, onların 209-u xarici vətəndaş olub.

Yoxlama nəticəsində 16 nəfərin miqrasiya qaydalarını pozduğu müəyyən edilib.

Bundan əlavə, hərbi qeydiyyata düşməyən 37 nəfər OMON tərəfindən hərbi komissarlığa aparılıb.

Sözügedən addımın Rusiya hüquq-mühafizə orqanlarının miqrasiya və hərbi qeydiyyatla bağlı nəzarət tədbirlərinin bir hissəsi olduğu bildirilib.

NE
Nihadə Eyyubova