Hadisə

Abşeronda dəhşətli qəza: Sürücü avtomobildən uçdu — ANBAAN VİDEO

Abşeronda dəhşətli qəza: Sürücü avtomobildən uçdu — ANBAAN VİDEO

Dünən Abşeron rayonunda, Mehdiabad-Fatmayı yolundabaş verənvə sürücünün ölümü ilə nəticələnən qəzanın videogörüntüləri yayılıb.

Demokrat.azxəbər verir ki, videonu Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yayıb.

İlkin ehtimala görə, faciəyə sürücünün sürət həddini açması və əks zolağa çıxması səbəb olub.

"Sürücülər, xahiş edirik - sükan arxasında tələsməyin, risk etməyin, həyatınızı təhlükəyə atmayın. Sürət cəmi bir neçə saniyənin qənaəti, amma bir ömrün itkisi ola bilər. Yollarda məsuliyyətli olaq!" - BDYPİ-dən bildirilib.

Həmin qəzanın görüntülərini təqdim edirik:

NE
Nihadə Eyyubova