Sosial

Ətə tələbatın azaldığı vaxtda qiyməti niyə BAHALAŞIR? — VİDEO

Ətə tələbatın azaldığı vaxtda qiyməti niyə BAHALAŞIR? — VİDEO

Dabaq xəstəliyi ilə bağlı ətə tələbatın azaldığı deyilən bu günlərdə əksinə, dana və quzu əti daha da bahalaşıb. Halbuki əksi baş verə, alıcı azaldığı üçün qiymətlər enə bilərdi.

Xezerxeber.az xəbər verir ki, Bakıda dana əti əsasən 18 manata, quzu əti isə çəkisindən asılı olaraq 22-23 manata satılır.

Bölgələrdə də oxşar vəziyyətdir. Burada da dana və quzu əti bahalaşıb. Ancaq maraqlıdır ki, bu dəfəki qiymət artımı hər yerdə fərqlidir.

Qəssablar deyirlər ki, heyvan bazarlarının bağlı olması konkret olaraq illərdir davam edən ənənəni dəyişib. Yəni artıq heyvanları bazardan deyil, qapı-qapı gəzib, tapmalı olurlar. Bu səbəbdən də fərqli qiymətlər ortaya çıxır.

Qəssablar onu da qeyd edirlər ki, bəzi sahibkarlar onlara Monqolustandan gətirilən heyvanların ətinin satılmasını təklif edir. Ancaq, əsas tələbat yerli heyvanlara olduğu üçün onlar bunu qəbul etmirlər. Başqa sözlə, xaricdən gətirilən ətlərin hələ də qəssabxanalarda satışı yoxdur.

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, ölkə üzrə 14 heyvan bazarında yenidənqurma prosesinin icrası davam edir. Təmir və bərpa işləri tamamlandıqdan sonra bazarların fəaliyyətə başlaması məsələsinə baxılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

NE
Nihadə Eyyubova