Sosial Özəl

“Qala Həyat” Sığortadan sağalmaz xəstəliklərə qarşı yeni SIĞORTA MƏHSULU

“Qala Həyat” Sığortadan sağalmaz xəstəliklərə qarşı yeni SIĞORTA MƏHSULU

“Qala Həyat” Sığorta Şirkəti ASC sağlamlıqla bağlı ciddi risklərə qarşı maliyyə təhlükəsizliyini təmin edən “Sağalmaz Xəstəliklərə Qarşı Sığorta” məhsulunu təqdim edib.

Bu barədə Demokrat.az-a “Qala Həyat” Sığorta Şirkəti ASC-dən məlumat verilib.

Yeni sığorta paketi həm fərdi şəxslər, həm də ailələr üçün geniş tibbi təminat imkanları yaradır.

Məhsul aşağıdakı xəstəliklər üzrə sığorta təminatı təqdim edir:

✔ Xərçəng ✔ Miokard infarktı ✔ İnsult ✔ Terminal böyrək çatışmazlığı ✔ Tac arteriyalarının cərrahi müalicəsi ✔ Həyati əhəmiyyətli orqanların köçürülməsi

Sığorta məhsulu xəstəlik riski yarandığı halda müştərilərin maliyyə yükünü azaltmağı və gözlənilməz tibbi xərclər qarşısında sabitliyini qorumağı hədəfləyir.

“Qala Həyat” Sığorta Şirkəti vətəndaşları sağlamlıqlarını və maliyyə təhlükəsizliklərini etibarlı təminat altına almağa çağırır.

Demokrat.az

NE
Nihadə Eyyubova