İttiham olunduğu xüsusilə ağır cinayətlərlə bağlı ev dustaqlığında saxlanılanRamiz Mehdiyevdövlət hesabına təyin edilmiş vəkildən imtina edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “boz kardinal” bu qərarı şəxsi istəyi ilə verib.
Ramiz Mehdiyev müdafiəsinin özünün seçdiyi vəkillər tərəfindən aparılmasını istəyir. Bu səbəbdən təyinatlı vəkil Zaur Abiyevin xidmətindən imtina edib.
Məsələ ilə bağlı müdafiəçinin özü ilə əlaqə saxladıq. Z.Abiyev Ramiz Mehdiyevin hüquqlarını müdafiə etmədiyini bildirərək, başqa suallara cavab vermək istəmədiyini deyib.
Ramiz Mehdiyevin bu addımı onun istintaq prosesinə daha yaxından müdaxilə etməyə, müdafiə taktikasını formalaşdırmağa başladığını göstərir. Elə bir müddət əvvəl o, ilk addım kimi yeni vəkilləri vasitəsilə apellyasiya şikayətləri vermişdi. Amma Rusiyaya göndərdiyiməktubüzə çıxdıqdan sonra həmin şikayətləri mənasız sayaraqgeri çəkib.
Qeyd edək ki, Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə məsuliyyətə cəlb olunub. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.


