Hadisə

Bakıda tələbə qız dəm qazından boğuldu

Bakıda tələbə qız dəm qazından boğuldu

Göyçay rayon sakini Bakıda bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Demokrat.az-ın APA-ya istinadən xəbərinə görə, Göyçay rayon Çərəkə kənd sakini, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 2-ci kurs tələbəsi Babayeva Lalə Niyaməddin qızı Bakıda kirayə qaldığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az