“Azərbaycan və Ermənistan arasında son dövrlərdə sülh müstəvisində əldə edilmiş razılaşmalar region üçün yeni imkanlar yaradır. Bu razılaşmalar, həm təhlükəsizlik, həm də iqtisadi sahədə stabilliyi təmin etmək üçün əsas zəmindir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.
O qeyd edb ki, hazırki situasiyanı dəyərləndirərkən qeyd etmək olar ki, tərəflər arasında gərginlik azalsa da, həssaslıq hələ də qalır:
“Buna görə sülh prosesi diqqətlə izlənilməli və kiçik hər hansı anlaşılmazlıq böyük gərginliyə çevrilməməlidir. Azərbaycanın atdığı praktiki addımlar əsasən regional kommunikasiya və iqtisadi inteqrasiyanın bərpası istiqamətindədir. Ölkəmiz sərhəd-keçid məntəqələrinin açılması, yol və dəmir yolu xətlərinin bərpası, həmçinin iqtisadi layihələrdə tərəfdaşlarla əməkdaşlığın təşkili kimi addımlar atır. Bu, təkcə tranzit imkanlarını artırmaqla qalmır, həm də regionda ticarət əlaqələrini canlandırır və investisiya axını üçün əlverişli şərait yaradır. Azərbaycan beynəlxalq tərəfdaşlarla əməkdaşlığı gücləndirərək, bu prosesin şəffaf və davamlı olmasına diqqət edir. Sülh mühitinin möhkəmlənməsi həm də iqtisadi və sosial layihələrin icrasını sürətləndirir. Hazırkı situasiya həssas, amma ümidverici kimi qiymətləndirilə bilər. Azərbaycan həm siyasi, həm iqtisadi, həm də logistika sahəsində praktiki addımlar atmaqla, regional stabilliyi və tərəfdaşlıq imkanlarını gücləndirməyə çalışır”.
Leyla Turan Demokrat.az


