Bir neçə gün öncə “Aqro İnvest və İstehsalat” MMC-nin təsisçisi və direktoru Abdullayev Elşən Zöhrab oğlunun imzası ilə Pərviz Hacıyevin barəsində Musavat.com saytında gedən məqaləyə adı çəkilən şəxs cavab yazıb.
Demokrat.azMusavat.com-a istinadənhəmin yazını dərc edir:
"Mən Əliyev Etibar Mahmud oğlunu ilə 2015-ci ildə tanımışam. Kaş həmin günə elə bir daş düşəydi ki, bu tanışlıq olmayaydı. Etibar Əliyevlə birlikdə 2015-ci ildə “Aqro İnvest və İstehsalat” MMC-ni yaratmışdıq. MMC-nin səhmlərinin 50 faizi mənə, 50 faizi isə Etibar Əliyevin qardaşının kürəkəni Abdullayev Elşən Zöhrab oğlunun adına idi. Bu isə sizə heç də təsadüfü görünməsin. Çünki Etibar Əliyevin payını başqasının adına rəsmiləşdirməsi onu üçün heç də qeyri-adi bir peşə deyildi. Çünki Etibar Əliyev məhz elə bu yolla neçə insanları borc, kredit və intihar bataqlığına sürükləmişdir. Belə ki, təkcə mənim şəxsən tanıdığım Elşən Abdullayev, Anar Ənzəlov, avtomobil dayanacağında işləyən Elşən adlı şəxs, “Dəmirli” şirkəti və daha neçə-neçə adını sadalamadığım şəxslərin adına on milyonlarla ABŞ dolları məbləğində kreditlər götürərək mənimsəmişdir. Həmçinin adından istifadə edib kredit götürdüyü “Dəmirli” şirkətinin borcunu bizim ortaq şirkətimiz olan “Aqro İnvest və İstehsalat” MMC-nin borc öhdəliyinə köçürdərək müəssisəmizi külli miqdarda kredit borcuna salmışdır. Qeyd olunan borca görə müəssisəmizdən 400.000 (dörd yüz min) ABŞ dolları məbləğindən çox pul kredit hesabına köçürülmüşdür. Bundan əlavə Etibar Əliyev cinayət əlaqəsinə girdiyi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu MMC-dən (MMC-nin direktoru Rizvan Rzayev Etibar Əliyevin qohumudur və bütün qara işlərini birlikdə görürlər) şirkətimizə daxil olan 18.000.000 (on səkkiz milyon) manat məbləğində pulu nağdlaşdıraraq şirkətin vergi öhdəliklərini pozub vergi mənimsəməsi vəziyyətinə gətirib çıxarmışdır. Etibar Əliyev həmçinin hər yerdə “Aqro İnvest və İstehsalat” MMC ilə heç bir əlaqəsi olmadığını bildirməkdədir. Halbuki Etibar Əliyev həmin şirkətdə mənim iqtisadi işlər üzrə müşavirim vəzifəsində çalışmışdır. Bütün başıma gətirdiyi oyunlar Etibar Əliyev üçün heç də yad deyildir. “Peşəkar dələduz” kimi ölkədə ad çıxarmış Etibar Əliyev üçün insanları müflis edib özünü öldürmə həddinə çatdırmaq adi və öhdəsindən asanlıqla gəldiyi bir işdir. Bundan başqa Etibar Əliyevin məni dələduz adlandırması da onun özü üçün heç də qeyri-adi görünmür. Çünki dələduz elə bilir ki, elə hamı dələduzdur. Həmçinin sonda nəzərinizə çatdırım ki, günahsız insanlarım küllü miqdarda pulunu dələduzluq yolu ilə mənimsəməyə görə mən yox, məhz Əliyev Etibar Mahmud oğlu məhkum edilmişdir. Eyni zamanda ümid edirəm ki, hüquqi dövlətimizdə dələduzluq əməlləri davam edən Etibar Əliyevin yenidən dəmir barmaqlıqlar arasında olması qacınılmaz olacaq".
Məktubu Hacıyev Pərviz Aləm oğlu imzalayıb.


