Ötən gün Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirənlərdən biri tanınmış vəkilin övladı imiş.
Demokrat.az“E-huquq.az”a istinadla xəbər verir ki, yanğın zamanı həlak olan 2018-ci il təvəllüdlü Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun qızıdır.
Onu da bildirək ki, azyaşlının babası tanınmış vəkilElçin Qəmbərovdur.
Onun 2015-ci il təvəllüdlü qızı və həyat yoldaşı isə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, hadisə zamanı 3 nəfər ölüb, 20-dən çox şəxs tüstüdən zəhərlənərək xəstəxanaya aparılıb.
Faktla bağlı cinayət işi başlanıb.


