“Ərdoğan və Zelenski görüşünü yüksək dəyərləndirirəm, ən azından ortada bir niyyət var, bu niyyət müharibənin dayandırılması ilə bağlıdır”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Allahverənov deyib.
O bildirib ki, Zelenski Türkiyəyə səfərdən öncə belə bir fikir bildirdi ki, sülhün əldə olunması üçün bir sıra məsələlər hələ də açıq qalıb:
“Türkiyə bölgəyə yaxın olan və bu proseslərə kifayət qədər təsir etmə imkanına malik olan ölkə kimi çıxış edir. Həm Ukrayna, həm də Rusiya Türkiyənin bu iştirakını rəğbətlə qarşılayır.
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkof bu görüşdə iştirak edə bilərdi, amma son anda bildirildi ki, çıxış etməyəcək. Çünki Zelenskinin mesajları daha çox Türkiyə üzərindən çatdırıla biləcək mesajlardır.
Ola bilər ki, ABŞ Ukraynanın hansısa təkliflərini müsbət qarşılamasın. Ən azından buna görə ki, Donald Trampın özünün bir sülh planı var”.
Cavidan Mirzəzadə Demokrat.az


