Sosial Özəl

Kişi ibtidai sinif müəllimlərinin sayı artırılmalıdır — AÇIQLAMA

Kişi ibtidai sinif müəllimlərinin sayı artırılmalıdır — AÇIQLAMA

“Uşaq bağçalarına kişi müəllimlərin cəlb edilməsinə ehtiyac yoxdur”.

Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.

O bildirib ki, bu, dünya təcrübəsində də nadir hallarda rast gəlinən metoddur:

“Məktəbəqədər təhsilin ən çox inkişaf etdiyi Böyük Britaniya, Yaponiya, Almaniya və ABŞ-də bağçalarda kişi tərbiyəçilər ya yoxdur, ya da həddindən artıq azdır. Çünki təhsilin bu mərhələsinin öz məzmunu var və bu məzmun daha çox qadınla işləməyə uyğundur. Bağça təhsilinin cəmi 2-3 il ömrü var, bu həssas zaman kəsimində iş daha çox qadın tərbiyəçilərlə qurulmalıdır”.

Ekspert bildirib ki, əvəzində ibtidai siniflərdə dərs deyən kişi müəllimlərin sayı artırılmalıdır:

“İbtidai siniflərdə isə bu təkliflə razıyam, kişi müəllimlərin sayı artırılmalıdır. Bu yaşlarda uşağın xarakterinin formalaşmasına qadın müəllimlərlə yanaşı kişi müəllimlərin də qatqısı ola bilər.

Amma bir şərtlə - kişi müəllim uşaq psixologiyasını bilirsə. Yaponiyada ibtidai təhsildə çalışan kişilərin sayı az qala qadınlarla bərabərdir. Azərbaycanda isə ibtidai sinif müəllimlərinin 99 fazi qadınlardır”.

Cavidan Mirzəzadə Demokrat.az

D
demokrat.az