İqtisadiyyat

Birbank və Visa-dan yeni kampaniya: "Disneyland® Paris"ə səyahət şansı

Birbank və Visa-dan yeni kampaniya: Disneyland® Parisə səyahət şansı

Ölkənin ilk rəqəmsal bankı Birbank, Visa şirkətinin dəstəyi ilə müştərilərinə unikaltəcrübə yaşadacaq yeni kampaniyaya start verir. "Disneyland® Paris-də SehirliDünyaya Visa dəstəyi ilə səyahət” adlı kampaniya çərçivəsində Birbank Visa taksit vədebet kart sahibləri unudulmaz səyahət və pul mükafatları qazanmaq şansı əldə edirlər.

Bunun üçün sadəcə xarici onlayn platformalarda və xarici ölkələrdə POS-terminallarda Birbank Visa kartları ilə ödəniş etmək yetərlidir. Kampaniya 30 noyabr2025-ci il tarixinədək davam edəcək və dəyərləndirmə hər 2 kateqoriya üzrə aparılacaq.

Bu müddətədək ən çox dövriyyə edən ümumilikdə 1000 nəfər Birbank müştərisi qalibolacaq. Onlardan hər kateqoriyadan bir nəfər olmaqla ilk iki nəfər nağıllar aləminə, yəni"Disneyland® Paris”ə unudulmaz səyahət paketi əldə edəcək. Digər qalibləri isədəyərli pul mükafatları gözləyir:

 3-cü yer – 1000 AZN

 4-5-ci yerlər – 500 AZN

 6-10-cu yerlər – 300 AZN

 11-20-ci yerlər – 200 AZN

 21-50-ci yerlər – 100 AZN

 51-200-cü yerlər – 50 AZN

Əlavə olaraq, yalnız onlayn ödənişlər istiqamətində 201-dən 800-dək yerləri tutaniştirakçıların hər birinə 20 AZN təqdim ediləcək.

Birbank-ın Marketinq Ekspert Mərkəzinin lideri Kamran Babaşov bildirib: "Bizmüştərilərimizə rahat bankçılıq xidmətlərimizlə bərabər, həm də unudulmaz təcrübələryaşatmağı hədəfləyirik. Rəqəmsal dövrdə sərhədlər aradan qalxır və biz bu təcrübəniölkə xaricinə də daşıyaraq müştərilərimizin səyahətlərini maraqlı imkanlarlazənginləşdiririk. İstəyirik ki, müştərilərimiz Birbank kartının sadəcə bir ödəniş vasitəsideyil, həm də onları "Disneyland® Paris” kimi arzulanan məkanlara apara biləcək biraçar olduğunu bilsinlər”.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəənişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərininxidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altındamüştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırdamaliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədədaha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və yaBankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

NE
Nihadə Eyyubova